Özbəkistan Suriyaya humanitar yardım göndərəcək

Özbəkistan Suriyaya humanitar yardım göndərəcək

Bakı. TurkicWorld:

Özbəkistan yaxın zamanlarda Suriyada zəlzələdən zərər çəkmiş əhali üçün 50 tona yaxın humanitar yardım göndərəcək.

TurkicWorld-un məlumatına görə, göndərilən humanitar yardımın tərkibində uşaq və böyüklər üçün geyimlər, məişət texnikası, konservlər, quru meyvələr, yarımfabrikat məhsullar, uşaqlar üçün taxıl yeməkləri, yorğan və yastıqlar, gigiyena dəstləri var.

Qeyd edək ki, humanitar yardım vasitələri Özbəkistanın Fövqəladə Hallar Nazirliyinin və Nəqliyyat Nazirliyinin məsul əməkdaşları tərəfindən təyyarə ilə Özbəkistandan Suriyaya çatdırılacaq.