Bakı, TurkicWorld
Özbəkistan Ali Məhkəməsinin sədri Bəxtiyor İslamov Daşkənddə BMT-nin adekvat mənzil hüququ üzrə xüsusi məruzəçisi Balakrişnan Racaqopal ilə görüşüb.
TurkicWorld xəbər verir ki, tərəflər arasında insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində aparılan genişmiqyaslı islahatlar müzakirə edilib.
Racaqopal Özbəkistanda mənzil hüququnun təmin edilməsi istiqamətində aparılan işləri müsbət qiymətləndirib, beynəlxalq standartlara və dünya təcrübəsinə əsaslanan tövsiyələrini verib.
Bəxtiyor İslamov qeyd edib ki, Özbəkistan BMT-nin qanunun aliliyi və insan hüquqlarının, xüsusilə də vətəndaşların layiqli mənzil hüququnun təmin edilməsi üzrə bütün səylərini dəstəkləyir.
Görüş zamanı Özbəkistan Respublikasının Ali Məhkəməsi ilə BMT arasında genişmiqyaslı əməkdaşlığın qurulduğu vurğulanıb.
Tərəflər, həmçinin davam edən əməkdaşlığın gələcəkdə də səmərəli nəticələr verəcəyinə əminliklərini ifadə ediblər.
Hafiz Rufizoğlu