Son dəqiqə

Özbəkistan 195,7 million dollara elektrik qatarları alacaq

Bakı. TurkicWorld:

Hyundai Rotem elektrik qatarlarının Özbəkistana tədarükü üzrə müqavilənin dəyəri 195,7 milyon dollardır.

TurkicWorld xəbər verir ki, "Özbəkistan Dəmir Yolları" SC Koreya Respublikası Prezidentinin Özbəkistana səfəri zamanı "Hyundai Rotem" şirkəti ilə elektrik qatarlarının alınmasına dair müqavilə imzalayıb.

“Hyundai Rotem” Özbəkistanı ümumi sayı 42 vaqondan ibarət altı sürətli elektrik qatarı ilə təmin edəcək. Bundan əlavə, Cənubi Koreya şirkəti bu qatarlara texniki qulluq və təmir xidmətləri göstərəcək.

Bu, 2004-cü ildə Fransa tərəfindən dəstəklənən KTX reysinin təqdim edilməsindən sonra Koreya texnologiyasından istifadə etməklə hazırlanmış yüksək sürətli qatarların ilk ixracatıdır.

Cənubi Koreya prezidenti Yoon Seok-yeol: "Bu müqavilə Koreya texnologiyasına əsaslanan yüksək sürətli qatarların ilk ixracına işarədir". "Bunun Özbəkistanın dəmir yolu infrastrukturunu yaxşılaşdıracağı və dəmir yolu sektorunda ikitərəfli əməkdaşlığı gücləndirəcəyi gözlənilir", - o əlavə edib.

“Hyundai Rotem” elektrik qatarları Cəloliddin Manquberdinin şərəfinə adlandırılacaq və Daşkənd-Urganç-Xivə marşrutu üzrə hərəkət edəcək.