Son dəqiqə

Özbəkistan Braziliya

Özbəkistan Braziliyadan hərbi təyyarələr alacaq

Bakı. TurkicWorld:

Özbəkistan Braziliyanın Embraer şirkətindən C-390 Millenium çoxməqsədli hərbi-nəqliyyat təyyarəsi almağı planlaşdırır.

TurkicWorld xəbər verir ki, Embraer yaxın vaxtlarda Özbəkistanla mümkün müqaviləni elan etməyə hazırlaşır.

Qeyd edək ki, həmin təyyarələr Portuqaliya, Macarıstan, Hollandiya, Avstriya və Koreya Respublikasının hava qüvvələri tərəfindən alınıb.

Xatırladaq ki, C-390 Millenium ilk uçuşunu bu ilin fevral ayının əvvəlində Daşkənddə həyata keçirib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər