Özbəkistan Miqrasiya Agentliyi Rusiyada yaşayan həmvətənlərinə xəbərdarlıq edib

Özbəkistan Miqrasiya Agentliyi Rusiyada yaşayan həmvətənlərinə xəbərdarlıq edib

Bakı, TurkicWorld:

Rusiya Federasiyasında baş vermiş terror aktı ilə əlaqədar Özbəkistan Miqrasiya Agentliyi burada yaşayan həmvətənlərinə qadağan olunmuş şəkil, audio və video materialları saxlamamaları barədə xəbərdarlıq edib.

TurkicWorld xəbər verir ki, Özbəkistan Miqrasiya Agentliyinin müraciətində deyilir: “Xüsusilə, zəruri sənədləri özünüzlə aparmaq, mümkün qədər ictimai yerlərə getməmək, şübhəli şəxslərlə təmasda olmamaq, qadağan olunmuş fotoşəkilləri saxlamamaq tövsiyə olunur”

“Hər hansı problem olduğu təqdirdə Özbəkistanın konsulluq idarələrinə və ya Miqrasiya Agentliyinin nümayəndəliyinə müraciət edilməlidir”, – deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan terroristlər insanlara atəş açıblar. Hadisə “Piknik” qrupunun konsertindən öncə baş verib. Nəticədə 143 nəfər həyatını itirib.