Özbəkistan “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa Müqaviləsinə qoşulur

Özbəkistan “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa Müqaviləsinə qoşulur

Bakı. TurkicWorld:

Özbəkistan “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa Müqaviləsinə qoşulur.

TurkicWorld xəbər verir ki, Özbəkistan Ali Məclisin Qanunvericilik Palatasının iclasında “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında" Haaqa Müqaviləsinin (Cenevrə, 2 iyul 1999-cu il) Cenevrə Aktına Özbəkistan Respublikasının qoşulması haqqında” qanun layihəsinə baxılıb.

İclasda qanun layihəsi deputatlar tərəfindən qəbul edilib.

Qeyd edək ki, Haaqa Sazişi öz məhsullarını, ilk növbədə, xarici bazarlarda tanıtmaqda maraqlı olan subyektlər üçün mövcud milli sistemlərdən daha əlverişli olan sənaye nümunələrinin qeydiyyata alınması prosedurlarını nəzərdə tutur.

Özbəkistanın Haaqa Sazişinin Cenevrə Aktına qoşulması Özbəkistanda rezident məhsul istehsalçılarına Haaqa Sazişinin iştirakçısı olan bir neçə ölkənin ərazisində sənaye nümunələrinin qeydiyyat prosedurlarının sadələşdirilmiş sistemindən istifadə etməyə imkan verir.

X: Lamanasadli01