Qazaxıstan və Özbəkistan ekoloji əməkdaşlığı genişləndirir

Qazaxıstan və Özbəkistan ekoloji əməkdaşlığı genişləndirir

Bakı. TurkicWorld:

Qazaxıstan parlamenti “Qazaxıstan və Özbəkistan hökumətləri arasında ətraf mühitin mühafizəsi və ekologiya sahəsində əməkdaşlıq haqqında Sazişin ratifikasiyası haqqında” qanun layihəsini nəzərdən keçirib.

TurkicWorld xəbər verir ki, müqaviləyə əsasən, tərəflər ekoloji fövqəladə halların qarşısının alınması üçün lazımi tədbirlər görəcəklər.

Qeyd edək ki, Qazaxıstan və Özbəkistan hökumətləri arasında ətraf mühitin mühafizəsi və ekologiya sahəsində əməkdaşlıq haqqında Saziş 2022-ci il dekabrın 22-də Daşkənddə imzalanıb.

X: Lamanasadli01