Özbəkistan və Belarus liderləri qarşılıqlı faydalı əməkdaşlığın yeni gündəliyini müəyyən ediblər

Özbəkistan və Belarus liderləri qarşılıqlı faydalı əməkdaşlığın yeni gündəliyini müəyyən ediblər

Bakı. TurkicWorld:

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iki ölkənin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə görüşləri keçirilib.

TurkicWorld-un məlumatına görə, Şavkat Mirziyoyev qeyd edib ki, Özbəkistan ilə Belarus arasında çoxşaxəli əlaqələr son illər keyfiyyət baxımından yeni, daha yüksək səviyyəyə yüksəlib, hökumət, parlament, nazirlik və regionların rəhbərləri arasında fəal əlaqələrin davam etdirilməsi vacibdir.

Tərəflər beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, MDB və ŞƏT çərçivəsində siyasi dialoqu və qarşılıqlı dəstəyi davam etdirmək barədə razılığa gəliblər.

Ticarət-iqtisadi əməkdaşlığın müsbət tempi məmnunluqla qeyd olunub. Danışıqlar zamanı, ötən ilin sonunda ticarət həcminin 15% artdığı qeyd olunub, qarşıdakı illərdə bu rəqəmin 1 milyard dollardan çox artırmaq müzakirə olunub.

Ölkələr arasında bu məqsədlə birgə xarici ticarət şirkətinin yaradılması, ixrac-idxal çatdırılmasının dəstəklənməsi mexanizmləri, məhsulun elektron sertifikatlaşdırılması sisteminin tətbiqi ilə bağlı razılıq əldə olunub. Bundan əlavə, tərəflər yüklərin daşınması üçün əlverişli şəraitin yaradılması, beynəlxalq avtomobil daşıyıcılarının hazırlanması, Cənubi Asiyada böyük bazarlara aparan multimodal dəhlizlərdən səmərəli istifadə edilməsi barədə razılığa gəliblər.

Danışıqlar zamanı dövlət başçıları əməkdaşlığın prioritet istiqamətlərini müəyyən ediblər. Bunlar kənd təsərrüfatı, yeyinti və elektrotexnika sənayesi, əczaçılıq, şəhərsalma, rabitə və s. Bütün istiqamətlər üzrə ayrı-ayrı işçi qruplarının formalaşdırılması razılaşdırılıb.

Tərəflər fəal mədəni və humanitar mübadiləni davam etdirmək barədə razılığa gəliblər. Ali və peşə təhsili, səhiyyə, mədəniyyət, idman və turizm sahələrində tərəfdaşlıq əlaqələrinin inkişafı proqramları qəbul edilib.

İclasda rəsmi nümayəndə heyətləri üzvlərinin məruzələri, danışıqların gündəliyində duran məsələlərlə bağlı konkret təkliflər dinlənilib.

Görüşlərin sonunda qərarların və imzalanmış sazişlərin icrası üzrə birgə “yol xəritəsi”nin hazırlanması və qəbulu barədə razılıq əldə olunub.

Aytac Süleymanova

Twitter: a_alieva_