Avropa Komissiyasının vitse-prezidenti Özbəkistana işgüzar səfər edəcək

Avropa Komissiyasının vitse-prezidenti Özbəkistana işgüzar səfər edəcək

Bakı. TurkicWorld:

Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinas bu gün Özbəkistana işgüzar səfər edəcək.

TurkicWorld xəbər verir ki, səfər çərçivəsində Avropa Komissiyasının nümayəndəsi Özbəkistan prezidenti Şavkat Mirziyoyev, baş nazirin müavini Cəmşid Xocayev və xarici işlər naziri Bəxtiyor Saidov ilə görüşlər keçirəcək.

Məlumata əsasən, Marqaritis Şinas regionun digər ölkələrinə də səfər edəcək. Səfər yanvarın 29-30-da Brüsseldə keçiriləcək Avropa-Mərkəzi Asiya İnvestorlar Forumu ərəfəsində baş tutacaq.

Qeyd edək ki, bundan əvvəl Özbəkistan və Avropa Komissiyası 2022-ci il iyulun 6-da Özbəkistan və Aİ arasında genişləndirilmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin ən qısa zamanda imzalanmasında maraqlı olduqlarını bildiriblər.

X: Lamanasadli01