Son dəqiqə

Çin Özbəkistan

Altı mindən çox Özbəkistan vətəndaşı turizm məqsədilə Çinə səfər edib

Bakı. TurkicWorld:

Altı mindən çox Özbəkistan vətəndaşı turizm məqsədilə Çinə səfər edib.

TurkicWorld-un məlumatına görə, bu barədə Özbəkistan Statistika Agentliyi bildirib.

Məlumatda qeyd olunub ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Özbəkistan Respublikasının 6 min 644 vətəndaşı turizm məqsədilə Çinə gedib.

Onlardan 4 min 929 nəfəri – istirahət məqsədli, 684 nəfəri – yaxınlarını ziyarət etmək, 644 nəfəri - rəsmi, 387 nəfəri isə başqa səbəblərdən dolayı Çinə səfər edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər