Son dəqiqə

Çin Özbəkistan

Özbəkistan nümayəndə heyəti Çində keçirilən əqli mülkiyyət sahəsində VII beynəlxalq formunda iştirak edib

Bakı. TurkicWorld:

Özbəkistan nümayəndə heyəti Çində keçirilən “Bir kəmər - bir yol” layihəsində iştirak edən ölkələrin əqli mülkiyyət sahəsində VII beynəlxalq forumunda iştirak edib.

TurkicWorld-un məlumatına görə, forumda Özbəkistan Ədliyyə Nazirliyinin hüquqi müdafiə və əqli mülkiyyət hüquqlarının müdafiəsi şöbəsinin müdiri B.Ruziyev də iştirak edib.

Tədbirdə Avropa və Mərkəzi Asiya ölkələrinin əqli mülkiyyət sahəsində səlahiyyətli dövlət orqanları iştirak ediblər.

Bildirilib ki, son üç ildə Özbəkistan bu sahə üzrə bir sıra beynəlxalq müqavilələrə qoşulub və 2022-2026-cı illər üçün “Özbəkistan Respublikasında əqli mülkiyyətin inkişafı üzrə Strategiya” qəbul edib.

Forumun sonunda tərəflər qarşılıqlı əməkdaşlıq haqqında razılığa gəliblər.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər