Özbəkistan və Pakistan liderləri ikitərəfli strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər

Özbəkistan və Pakistan liderləri ikitərəfli strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər

Bakı. TurkicWorld:

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti ilə bağlı tədbirlər proqramı çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Pakistan İslam Respublikasının Baş naziri Ənvər ül-Haq Kakarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə danışıqlar aparıb.

TurkicWorld-un məlumatına görə, görüş zamanı ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinin aktual məsələləri, ticarət-iqtisadi, investisiya və nəqliyyat-kommunikasiya sahələri müzakirə edilib.

Qeyd olunub ki, qarşılıqlı ticarət dövriyyəsinin və yükdaşımaların həcmləri ilin əvvəlindən 40 faiz artıb.

2024-2025-ci illər üçün Sənaye Kooperasiyası Proqramının tezliklə qəbul edilməsinin, ticarət maneələrinin aradan qaldırılmasının və biznes əlaqələrinin inkişafı üçün əlverişli şəraitin yaradılmasının vacibliyi vurğulanıb.

Məlumat üçün qeyd edək ki, görüşdə Trans-Əfqan Dəmir Yolunun tikintisi layihəsinin praktiki həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

Hafiz Rufizoğlu