Son dəqiqə

Azərbaycan Türkiyə Qazaxıstan Özbəkistan Türkmənistan İƏT Şavkat Mirziyoyev

İƏT-in növbəti sammiti Özbəkistanda keçiriləcək

Bakı. TurkicWorld:

Noyabrın 8-9-da Daşkənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVI sammiti keçiriləcək.

TurkicWorld xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və digər ölkələrin dövlət və hökumət başçılarının iştirakı gözlənilir.

Gündəliyə uyğun olaraq, İƏT çərçivəsində ticarət-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi, bu çoxtərəfli strukturun fəaliyyətinin təkmilləşdirilməsi məsələlərinə baxılacaq.

Məlumata əsasən, sammitin proqramı çərçivəsində Özbəkistan lideri bir sıra ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə Tehran şəhərində daimi katibliyi ilə yaradılıb. Özbəkistan Respublikası 1992-ci ildən İƏT-in üzvüdür.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər