Səudi Ərəbistan Türkmənistan Qurbanqulu Berdiməhəmmədov İslam Əməkdaşlıq Təşkilatı Hüseyn İbrahim Taha

İƏT rəhbərləri Türkmənistanda keçiriləcək sammitə dəvət edilib

BAKI, TurkicWorld

Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində Türkmənistanın Səudiyyə Ərəbistanındakı səfiri O.Çarıyev ilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hüseyn İbrahim Taha arasında görüş keçirilib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, görüş zamanı Türkmənistanın səfiri türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun İƏT Baş katibinə ünvanladığı rəsmi dəvət məktubunu təqdim edib.

Bu dəvət məktubu Beynəlxalq Sülh və Etimad İli münasibətilə və Türkmənistanın daimi bitərəfliyinin 30 illiyinə həsr olunmuş beynəlxalq foruma aiddir.

Bundan əlavə, tərəflər Türkmənistan və İƏT arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi yollarını müzakirə ediblər.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə yaradılıb və 57 üzv dövləti birləşdirir. Təşkilatın əsas məqsədi üzv ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələri gücləndirməkdir.

Türkmənistan isə bitərəf dövlət kimi beynəlxalq əməkdaşlıqda fəal iştirak edir və regional sabitliyin qorunmasına töhfə verməkdə davam edir.

Mövzuya görə xəbərlər