Türkmənistan və Yaponiya təhsil sahəsində yeni müqavilələr imzalayıb

Türkmənistan və Yaponiya təhsil sahəsində yeni müqavilələr imzalayıb

Bakı. TurkicWorld:

Türkmənistan və Yaponiya təhsil sahəsində yeni müqavilələr imzalayıb.

TurkicWorld-un məlumatına görə, Türkmənistan nümayəndə heyətinin Yaponiyaya səfəri çərçivəsində Türkmənistanın xarici işlər naziri Rəşid Meredov, Yaponiyanın Tsukuba Universitetinin rektoru K.Naqata və Soka Universitetinin rektoru M.Suzuki arasında görüşlər keçirilib.

Görüşlərdə təhsil və elm sahələrində ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi yolları və universitetlər arasında sıx əməkdaşlıq müzakirə olunub. Gənclər siyasəti sahəsində layihə və proqramların həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

O, həmçinin Türkmənistandakı universitetlərin rektorları, Yaponiyanın Soka Universitetinin rektoru, Nippon Fondunun prezidenti və Yaponiyanın müxtəlif təhsil müəssisələrinin professor-müəllim heyəti ilə görüşlər keçirib.

Səfər zamanı, Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu ilə Yaponiyanın Soka Universiteti arasında Anlaşma Memorandumu və Oğuz Xan Türkmən Mühəndislik və Texnologiya Universiteti ilə Yaponiya-Türkmən Elmi-Texniki Əməkdaşlıq Dərnəyi arasında innovativ texnologiyalar sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Aytac Süleymanova

Twitter: a_alieva_