Türkiyə ilə Türkmənistan arasında ikitərəfli əlaqələr müzakirə edilib

Türkiyə ilə Türkmənistan arasında ikitərəfli əlaqələr müzakirə edilib

Bakı, TurkicWorld

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə telefon danışığı aparıb.

TurkicWorld xəbər verir ki, bu haqda Türkiyə Rabitə İdarəsi məlumat verib.

Məlumatda bildirilib ki, danışıq zamanı Türkiyə ilə Türkmənistan arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan telefon danışığı zamanı Türkmənistanın Türk Dövlətləri Təşkilatına marağının artmasının sevindirici olduğunu bildirib.

Danışıqlar zamanı hər iki lider bir-birini Ramazan bayramı münasibətilə təbrik ediblər.