Son dəqiqə

Türkmənistan Özəl Türkiyə Ticarət nazirliyi tekstil və tekstil üçün xammadə

Yanvar-mart aylarında Türkiyənin Türkmənistana tekstil ixracının həcmi açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Türkmənistana tekstil və tekstil üçün xammadə ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 1,3 faiz azalaraq, 3,4 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin mart ayında Türkiyə Türkmənistana 1,3 milyon dollar məbləğində tekstil və tekstil üçün xammadə ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 20,4 faiz azdır", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin tekstil və tekstil üçün xammadə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azaldaraq 2,4 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 818 milyon dollar məbləğində tekstil və tekstil üçün xammadə ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 9,1 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə 10,7 milyard dollar məbləğində tekstil və tekstil üçün xammadə ixrac edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər