Türkmənistan yeni Boeing təyyarəsi alıb

Türkmənistan yeni Boeing təyyarəsi alıb

Bakı. TurkicWorld:

Türkmənistan Hava Yolları Amerikanın təyyarə istehsalçısı Boeing ilə iki təyyarə almaq üçün müqavilə imzalayıb.

TurkicWorld-un məlumatına görə, Boeing 777-300 ER təyyarəsi 368 sərnişin daşımaq qabiliyyətinə malikdir.

Bu təyyarələrin fasiləsiz uçuş məsafəsi 11 min 390 kilometrə çatır. Bu təyyarələr 905 km/saata qədər kruiz sürətinə malikdir. Təyyarə iki GE90-115BL2 mühərriki ilə təchiz edilib.

Təyyarə 40 min kq-a qədər kommersiya yükü ilə fasiləsiz uzun məsafəli beynəlxalq uçuşlar həyata keçirməyə qadirdir.

Boeing 777-300 ER model təyyarələri Türkmənistandan Asiya və Avropanın demək olar ki, hər yerinə fasiləsiz uçuşlara imkan verəcək.

Aytac Süleymanova

Twitter: a_alieva_