Əfqanıstan Türkmənistandan elektrik enerjisi idxalını artırmaq üçün milli enerji layihələrini həyata keçirir

Əfqanıstan Türkmənistandan elektrik enerjisi idxalını artırmaq üçün milli enerji layihələrini həyata keçirir

Bakı. TurkicWorld:

Əfqanıstan Türkmənistandan elektrik enerjisi idxalını artırmaq, sənayenin və əhalinin enerji ehtiyaclarını ödəmək üçün ümumi dəyəri 75 milyon dollar olan altı mühüm enerji layihəsi həyata keçirir.

TurkicWorld-un məlumatına görə, Əfqanıstanın Energetika nazirliyi bu layihələrin həyata keçirilməsi ilə bağlı müqavilələr imzalayıb.

Bu layihələrin həyata keçirilməsi Türkmənistandan Əfqanıstana 1 000 meqavat elektrik enerjisinin idxalına imkan verəcək ki, bu da son nəticədə Kabildə, eləcə də mərkəzi, şərq və cənub əyalətlərində elektrik enerjisi çatışmazlığı problemini həll edəcək.

Bundan əlavə qeyd edək ki, layihənin icra müddəti iki ildir.

Aytac Süleymanova

Twitter: a_alieva_