Türkmənistan və Fransa təhsil sahəsində əməkdaşlığı gücləndirəcəklər

Türkmənistan və Fransa təhsil sahəsində əməkdaşlığı gücləndirəcəklər

Bakı. TurkicWorld:

Türkmənistan və Fransa təhsil sahəsində əməkdaşlığı gücləndirəcəklər.

TurkicWorld-un məlumatına görə, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Parisdə Avropa və Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə rəsmi görüş keçirib.

Görüşdə ikitərəfli siyasi-diplomatik əlaqələrin aktivləşdirilməsi məsələləri müzakirə olunub. Bu baxımdan iki ölkə səviyyəsində səfərlərin təşkili imkanları da dəyərləndirilib.

İki ölkənin nazirləri beynəlxalq və regional siyasətin ən mühüm məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşün nəticələrinə əsasən, Meredov və Kolonna aşağıdakı sənədləri imzalayıblar:

təhsil sahəsində əməkdaşlıq haqqında Memorandum;

Türkmənistan Xarici işlər nazirliyi ilə Fransanın Avropa və Xarici işlər nazirliyi arasında 2024-2026 əməkdaşlıq proqramı.

Aytac Süleymanova

Twitter: a_alieva_