
Bakı. TurkicWorld:
Almaniya Türkiyənin Avropa İttifaqına üzvlük məsələsini dəstəkləmir.
TurkicWorld-un məlumatına görə, bu sözləri Almaniya kansleri Olaf Şolz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fikrinə etiraz cavabında bildirib.
"Türkiyənin Aİ-na üzvlük prosesi ilə İsveçin NATO-ya daxil olması arasında heç bir əlaqə yoxdur. İsveç NATO-ya üzvlük üçün bütün şərtləri yerinə yetirib. Türkiyənin Aİ-na üzvlük məsələsinə gəlincə, bunun başqa məsələ ilə heç bir əlaqəsi yoxdur. İsveçin ən qısa zamanda NATO-ya daxil olması üçün əlimdən gələni etməyə davam edəcəyəm",- deyə kansler bildirib.
Xatırladaq ki, Ərdoğan bu gün Atatürk hava limanında jurnalistlərə açıqlamasında Türkiyə Avropa İttifaqına üzv ola biləcəyi halda, İsveçin NATO-ya üzvlük müraciətinin qəbul olunacağını bildirib.
Bununla yanaşı, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin Avropa İttifaqına üzv olmasını dəstəklədiklərini qeyd edib.