Biz Mərkəzi Asiya-Xəzər-Qara dəniz və Orta Asiya-Fars körfəzi nəqliyyat marşrutunun birgə inkişafına hazırıq - Türkmənistan Nazirlər kabineti

Biz Mərkəzi Asiya-Xəzər-Qara dəniz və Orta Asiya-Fars körfəzi nəqliyyat marşrutunun birgə inkişafına hazırıq - Türkmənistan Nazirlər kabineti

Bakı. TurkicWorld:

Biz Mərkəzi Asiya-Xəzər-Qara dəniz və Orta Asiya-Fars körfəzi nəqliyyat marşrutunun birgə inkişafına hazırıq.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkmənistan Nazirlər kabinetinin sədr müavini Hocamyrat Geldimyradov Avrasiya Hökumətlərarası Şurasının iclasındakı çıxışı zamanı Türkmənistan ilə Avrasiya İqtisadi İttifaqı ölkələri arasındakı əməkdaşlıqdan danışarkən deyib.

"Türkmənistanın nəqliyyat-logistika infrastrukturu inkişaf edir, müasir yollar və körpülər şəbəkəsi inşa edilir. Xəzər dənizinin sahilində inkişaf etmiş infrastruktura malik Türkmənbaşı Beynəlxalq Dəniz Limanı fəal şəkildə istifadə olunur. Ölkə inkişaf etmiş hava nəqliyyatı şəbəkəsinə, beynəlxalq hava limanlarına və dəmiryolu marşrutlarına malikdir. Biz Mərkəzi Asiya-Xəzər-Qara dəniz və Orta Asiya-Fars körfəzi nəqliyyat marşrutunun birgə inkişafına hazırıq", - deyə Türkmənistan nümayəndə heyətinin rəhbəri bildirib.