Türkiyə Hərbi Hava Qüvvələrinin strateji zehni olan HvBS NATO-nun maraq dairəsidir

Türkiyə Hərbi Hava Qüvvələrinin strateji zehni olan HvBS NATO-nun maraq dairəsidir

Bakı. TurkicWorld:

NATO-nun Türkiyə Hərbi Hava Qüvvələrinin strateji zehni olan Hava Qüvvələri Məlumat Sisteminə (HvBS) marağı getdikcə artır.

TurkicWorld-un məlumatına görə, NATO Türkiyə Hərbi Hava Qüvvələrinə əməliyyat planından döyüşə hazırlıq standartına qədər götürüləcək sursatın sayını təyin etməyə imkan verən Hava Qüvvələri Məlumat Sisteminə (HvBS ) böyük maraq göstərir.

NATO komandaları HvBS-ni yaxından araşdırmaq üçün Türkiyə Hərbi Hava Qüvvələri və HAVELSAN qrupları ilə görüşəcək.

"Deyək ki, tapşırıq planı hazırlanacaq. HvBS həmin missiyaya gedəcək pilotun vəziyyəti, doldurulacaq sursat, yanacaq, uçuş müddəti, hədəfdə nə qədər qalacağı kimi bütün məlumatları planlaşdırır", - deyə Türkiyə Air C4I proqram meneceri Ayhan Güney qeyd edib.

Məlumat üçün bildirək ki, sistemin Türkiyə Hərbi Hava Qüvvələrindən sonra ikinci istifadəçisi Pakistan Hərbi Hava Qüvvələri olub. Pakistan 2010-cu ildən HvBS-dən istifadə edir. Sistem Azərbaycana da satılıb.

Hazırda NATO ümumi sistemin istifadəsi üçün HvBS-i diqqətlə araşdırır. Altı mərhələdən ibarət seçki proqramı hazırlayıblar. HvBS ilk dörd mərhələdə birinci olub.

Qeyd edək ki, Türkiyənin HAVELSAN şirkəti tərəfindən hazırlanmış Hərbi Hava Qüvvələri Məlumat Sistemi (HvBS) Hərbi Hava Qüvvələri Komandanlığının bütün idarəetmə, rabitə və müdafiə sistemlərini koordinasiya edir. Türkiyənin ən böyük təyin edilmiş komanda və idarəetmə məlumat sistemi olaraq göstərilir.