Çempionlar Liqasının final maçı İstanbulda keçiriləcək - UEFA

Çempionlar Liqasının final maçı İstanbulda keçiriləcək - UEFA

Bakı. TurkicWorld:

Çempionlar Liqasının final maçı bu il iyunun 10-da Türkiyənin İstanbul şəhərində keçiriləcək.

TurkicWorld bu barədə Avropa Futbol Assosiasiyalarının İttifaqının (UEFA) rəsmi açıqlamasına istinadən xəbər verir.

“UEFA heç bir siyasi qurum, hökumət və ya milli futbol federasiyası ilə maçın İstanbulda keçirilib, keçirilməyəcəyi haqqında müzakirə etməyib” - deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, 2023-cü il UEFA Çempionlar Liqasının final matçının biletlərinin qiyməti birinci kateqoriya üçün 690 avro, ikinci kateqoriya üçün 490 avro, üçüncü kateqoriya üçün 180 avro, 4-cü kateqoriya üçün isə 70 avro olaraq müəyyən edilib.

Xatırladaq ki, Atatürk Olimpiya Stadionu 2005-ci ildə İngiltərənin "Liverpul" və İtaliyanın "Milan" komandaları arasında baş tutan Çempionlar Liqasının final qarşılaşmasına ev sahibliyi edib.