THY təyyarə sayını artırır

THY təyyarə sayını artırır

Bakı. TurkicWorld:

Türk Hava Yolları (THY) 600-ə yaxın təyyarə sifariş etməyi planlayır.

TurkicWorld-un məlumatına görə, bu barədə Türk Hava Yolları (THY) İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri Əhməd Bolat jurnalistlərə açıqlamasında qeyd edib.

"600-ə yaxın təyyarə sifariş etməyi düşünürük. Bunlardan 200-ü geniş, 400-ü isə dar gövdəli olacaq. THY bu gün yerli hava yolu şirkəti kimi dünyanın zirvəsinə yüksəlib. Milyonlarla sərnişin daşımağı hədəfləyirik", - deyə Əhməd Bolat bildirib.

THY-nin sədri vurğulayıb ki, 2022-ci ildə 2,7 milyard dollar mənfəət əldə etməklə Avropa aviasiya tarixinin ən böyük rekordunu qırmışıq.

Hazırda 414 təyyarəmiz var. Önümüzdəki 10 ildə 170 milyon sərnişin daşımaq və 810 təyyarədən ibarət nəhəng bir donanmaya çatmağı hədəfləyirik. 2003-cü ildə Türkiyəyə 5 milyard dollar töhfə vermişik, 2023-cü ildə isə19 milyard dollardan çox gəlir gətirəcəyik", - deyə sədr əlavə edib.

Əhməd Bolad THY-nin dünyada uçmadığı qitə qalmadığını qeyd edib.

O bildirib ki, THY uçuş diapozonuna yeni bir məkan əlavə edərək, dekabr ayında Avstraliya qitəsinə uçuşlara başlayacaq.

Aytac Əliyeva

Twitter: a_alieva_