THY İsrailə olan uçuşları ləğv edib

THY İsrailə olan uçuşları ləğv edib

Bakı. TurkicWorld:

Türkiyənin mülki aviasiyasının flaqmanı olan Türk Hava Yolları Tel-Əvivə uçuşları ləğv etdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Qərar İsraildə məhkəmə islahatlarına qarşı etirazlarla əlaqədar qəbul edilib.

Bazar ertəsi, martın 26-na planlaşdırılan reyslər də ləğv edilib.