THY-nin İstanbuldan uçan bütün reysləri ləğv edilib

THY-nin İstanbuldan uçan bütün reysləri ləğv edilib

Bakı. TurkicWorld:

Türk Hava Yolları şəbəkə infrastrukturunda yaranan problemlərə görə bilet satışı və rezervasiya əməliyyatlarında fasilələr olduğunu açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türk Hava Yollarının mətbuat müşaviri Yahya Üstün açıqlama verib.

Məlumata əsasən, THY-nin İstanbuldan saat 19.00-22.00 arası uçan bütün reysləri ləğv edilib.

Ləman Əsədli

Twitter: Lamanasadli01