THY və China Eastern Airlines arasında əməkdaşlıq müqaviləsi imzalanıb

THY və China Eastern Airlines arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı. TurkicWorld:

Çinin Şanxay şəhərində keçirilən “North Bund Forum 2023” beynəlxalq aviasiya forumu çərçivəsində Türk Hava Yolları (THY) ilə China Eastern Airlines arasında anlaşma memorandumu imzalanıb.

TurkicWorld-un məlumatına görə, bu barədə THY Mətbuat xidməti bildirib.

“Koronavirus epidemiyasından sonra Türkiyə-Çin bazarının bərpasından ardınca China Eastern Airlines İstanbula uçuşlar təşkil etmək qərarına gəlib. Bu qərar və müzakirələrə uyğun olaraq, China Eastern Airlines bu gün ilk uçuşunu həyata keçirib. Şanxay-İstanbul marşrutu üzrə reyslər qarşılıqlı şəkildə, həftədə üç dəfə həyata keçiriləcək.” – deyə açıqlamada qeyd olunub.

Şanxayda keçirilən görüşdə iki aviaşirkət arasında əməkdaşlığın inkişafı və genişləndirilməsinə dair razılıq əldə olunub.

Bu çərçivədə iki hava yolu şirkəti arasında mövcud olan Xüsusi Proration Sazişinin səmərəliliyi artırılacaq.

“Çin bazarında böyüməmizi təmin edəcək lazımi tədbirləri görməyə davam edəcəyik” – deyə THY baş direktoru Bilal Ekşi qeyd edib.

O bildirilib ki, Çin bazarında böyüməyə imkan verəcək lazımi tədbirləri görməyə davam edəcəklər.

Hafiz Rufizoğlu