Azərbaycandan göndərilən konteynerlərlə Kahramanmaraşda məhəllə qurulub - Cahit Bağcı

Azərbaycandan göndərilən konteynerlərlə Kahramanmaraşda məhəllə qurulub - Cahit Bağcı

Bakı, TurkicWorld:

Azərbaycandan Heydər Əliyev Fondu və xeyriyyəçi iş adamlarının göndərdiyi konteynerlərlə Türkiyənin Kahramanmaraş vilayətinin Türkoğlu rayonunda bir məhəllə qurulub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Cahit Bağcı öz rəsmi twitter hesabında bildirib.

Səfir konteynerlərin göndərilməsində əməyi keçən hər kəsə təşəkkür edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

Ləman Əsədli

Twitter: Lamanasadli01