Bakı, TurkicWorld:
Türkiyənin İzmir şəhərində 71 min insan dünyanın ilk dron gəmisi TCG Anadolunu ziyarət edib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu bildirib.
Qeyd edək ki, aprelin 17-dən etibarən vətəndaşların ziyarətinə açılan TCG Anadolunu İstanbul proqramı zamanı 140 min 55 nəfər ziyarət edib.
Məlumat üçün bildirək ki, TCG Anadolu-nun uzunluğu 231 metr, eni isə 32 metrdir. Yükdaşıma qabiliyyəti 27 min 436 ton olan gəmi ən azı 20,5 knot maksimum sürətlə və 16 knot iqtisadi sürətdə işləyə bilər.
Gəmi 13 tank, 27 zirehli amfibiya hücum maşını (ZAHA), 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini nəqliyyat vasitələrinin göyərtələrində daşıya bilir.
Gəminin uçuş göyərtəsinə 10 helikopter və ya 11 SİHA yerləşdirilə, anqarda isə 19 helikopter və ya 30 SİHA daşına bilər. Gəmi 1223 şəxsi heyəti qəbul edəcək. Gəmidə tam hüquqlu xəstəxana və 2 əməliyyat otağı da var.
Əlavə olaraq qeyd edək ki, hərbi gəminin bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi keçirilib.
Gəminin tikintisinə 2015-ci ildə başlanılıb. Bayraktar TB3 hücum dronlarının ölkənin ən böyük hərbi gəmisinin göyərtəsində yerləşdirilməsi ilə bağlı iş bu il yekunlaşacaq.
Bundan əlavə, Hürjet döyüş təlim təyyarəsi də gəminin platformasına enə biləcək.
Ləman Əsədli
Twitter: lamanasadli01