Türkiyə Ukraynaya ikinci MİLGEM korvetini ixrac edib

Türkiyə Ukraynaya ikinci MİLGEM korvetini ixrac edib

Bakı. TurkicWorld:

Türkiyə Ukraynaya ikinci MİLGEM korvetini ixrac edib.

TurkicWorld-un məlumatına görə, ikinci korvetin tikinti fəaliyyətlərinə 2022-ci ilin sonunda başlanılıb. Ukrayna Hərbi Dəniz Qüvvələrinin ilk MİLGEM Korveti olan Hetman İvan Mazepanın, gələn il dəniz sınaqlarına başlaması, ikinci korvetin isə 2024-cü ildə suya buraxılması gözlənilir.

Qeyd edək ki, Türkiyənin STM şirkəti tərəfindən Ukrayna üçün istehsal olunacaq ADA Class Corvette-də gəmi əleyhinə raket olaraq Ukrayna istehsalı olan NEPTUN raketi seçilib. Hazırda isə Roketsan-ın ATMACA və Boeing-in Harpoon gəmi əleyhinə raketlərinin qiymətləndirilməsi aparılır. Hər iki raket NATO standartındadır.

Məlumat üçün bildirək ki, Türkiyənin Müdafiə Sənayesi Rəyasət Heyəti və Ukrayna hakimiyyət orqanları arasında müdafiə sahəsində G2G sazişi imzalanıb və bu müqavilə çərçivəsində Türkiyədən STM şirkəti Ukraynaya birdən çox MİLGEM Corvette ixrac edib.

Digər tərəfdən, Türkiyə Milli Müdafiə Nazirliyi ilə Pakistan Müdafiə Nazirliyi arasında imzalanan G2G müqaviləsi nəticəsində MİLGEM Corvettes-in ilk ixrac müştərisi Pakistan olub.

Hazırda Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarında 4 ədəd MİLGEM ADA sinif korveti var.