Son dəqiqə

Türkiyə PKK Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT)

Türkiyə MİT PKK-nın xüsusi təyinatlı terrorçusunu zərərsizləşdirib

Bakı, TurkicWorld:

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında Qara ərazisində PKK terror təşkilatına qarşı anti-terror əməliyyatı keçirib.

TurkicWorld xəbər verir ki, anti-terror əməliyyatı nəticəsində PKK-nın xüsusi təyinatlı terrorçusu Firaz Zilan kod adlı Neçirvan Seven zərərsizləşdirilib.

Terrorçu İraqın şimalında həyata keçirdiyi logistik fəaliyyətləri, təşkilat üçün əhəmiyyətli elektron hissələri çatdırdığı üçün MİT-in hədəf siyahısına daxil olub.

Məlumat üçün qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.

Ləman Əsədli

lamanasadli01

Mövzuya görə xəbərlər