Biz NATO-nun bir hissəsi olmaqla yanaşı, Avropa İttifaqına daxil olmaq istəyirik – İbrahim Kalın

Biz NATO-nun bir hissəsi olmaqla yanaşı, Avropa İttifaqına daxil olmaq istəyirik – İbrahim Kalın

Bakı. TurkicWorld:

Biz NATO-nun bir hissəsi olmaqla yanaşı, Avropa İttifaqına daxil olmaq istəyirik.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

“Türkiyə müttəfiqləriylə nə cür ortaq gələcəyi olduğuna dair səmimi müzakirələr aparmaq istəyir. Biz NATO-nun bir hissəsiyik, Aİ-yə daxil olmaq istəyirik, lakin qarşılıqlı maraq və hörmətə əsaslanan bərabərlik münasibətləri daha vacib amildir” – deyə Kalın qeyd edib.

O bildirib ki, Türkiyənin ixracatının 40 faizinin Avropa İttifaqına edilməsiylə yanaşı, ölkəyə yatırılan xarici investisiyaların isə 70 faizinin Avropa İttifaqından gəlir.

"Avropa bizim ən böyük ticarət tərəfdaşımızdır, biz bu vəziyyəti saxlamaq və ticarət əlaqələrini artırmaq istəyirik. Biz AB üzvü olmadan Gömrük İttifaqına daxil olan yeganə ölkəyik. Ümid edirəm ki, biz bir gün Aİ-yə daxil olacağıq, amma bu baş verməsə, bu, dünyanın sonu deyil” – deyə İbrahim Kalın qeyd edib.