Türkiyə seçkiləri ərəfəsində xaricdəki seçicilərə qarşı PKK təxribatlarını davam etdirir

Türkiyə seçkiləri ərəfəsində xaricdəki seçicilərə qarşı PKK təxribatlarını davam etdirir

Bakı. TurkicWorld:

Türkiyə seçkiləri ərəfəsində xaricdəki seçicilərə qarşı PKK təxribatlarını davam etdirir.

TurkicWorld-un məlumatına görə, Belçika və Fransadakı PKK tərəfdarları səs verməyə gedən Türkiyə vətəndaşlarına hücum edib. Onlar “ifadə azadlığı” adı altında tolerant ölkələrdə çirkin hücumlar həyata keçirir.

Məlumat üçün bildirək ki, Türkiyənin Ali Seçki Şurası (YSK) xaricdə səs verən seçicilərin sayını 697 min 577 nəfər olacağını qeyd edib.

Qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.