Son dəqiqə

Türkiyə NATO PKK Avropa Birliyi

Türkiyənin Mardin vilayətində PKK terror təşkilatına qarşı anti-terror əməliyyatı keçirilib

Bakı, TurkicWorld

Türkiyənin Mardin vilayətində 9 məhəllədə PKK terror təşkilatına qarşı anti-terror əməliyyatı keçirilib.

TurkicWorld xəbər verir ki, təşkilat rəhbərlərinin də olduğu terror təşkilatı üzvlərinə qarşı keçirilən əməliyyat nəticəsində Tekağaç, Sapanlı, Çağrıcık, Arpalı, Bahminin, Kaleli, Şekrin, Yol və Güneli məhəllələrində Türkiyə saatı ilə 04:00-dan ikinci bir əmrə qədər küçəyə çıxmaq qadağan edilib.

Məlumat üçün qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.

Ləman Əsədli

lamanasadli01

Mövzuya görə xəbərlər