Türkiyədə prezident və parlament seçkiləri üçün bu ölkələrdə səsvermə başlayır

Türkiyədə prezident və parlament seçkiləri üçün bu ölkələrdə səsvermə başlayır

Bakı. TurkicWorld:

Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı Finlandiya, Livan və Qətərdə seçki qutusu qurulub.

TurkicWorld xəbər verir ki, xarici seçki siyahılarında qeydə alınan seçicilər Türkiyədə keçirilən prezident və 28-ci dönəm millət vəkili seçkiləri çərçivəsində səs verməyə başlayıblar.

Hər üç ölkədə seçicilər Türkiyə vaxtilə saat 09:00-dan etibarən səs verəcəklər. Səsvermə saat 21:00-dək davam edəcək. Seçicilər mayın 7-si axşam saatlarına qədər qurulan seçki qutularında səs verə biləcəklər.

Bildirilir ki, Finlandiyada ümumilikdə 6791, Livanda 8336, Qətərdə isə 10 868 seçici qeydə alınıb.

Qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Mehriban Xəlilli