Son dəqiqə

Türkiyə TUSAŞ HÜRJET

TUSAŞ tərəfindən istehsal edilən Anka-3 Pilotsuz Uçuş Aparatı taksi testləri üçün uçuş enmə zolağına çıxıb

Bakı, TurkicWorld:

Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən istehsal edilən Anka-3 Pilotsuz Uçuş Aparatı taksi testləri üçün uçuş enmə zolağına çıxıb.

TurkicWorldhur xəbər verir ki, ik uçuşun may ayında həyata keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Anka-3 44 min futa qədər hündürlüyə qalxa bilir və 40 min fut hündürlükdə işini davam etdirir. Anka-3, həmçinin, Milli Döyüş Təyyarəsi, HURJET, F-16 kimi təyyarələrlə ortaq əməliyyatlarda istifadə ediləcək və PUA-nın ümumilikdə yeddi silah stansiyası olacaq.

Mövzuya görə xəbərlər