Son dəqiqə

Türkiyə PKK Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT)

Türkiyə Milli Kəşfiyyat Təşkilatı Suriyada PKK terror təşkilatına qarşı anti-terror əməliyyatı keçirib

Bakı, TurkicWorld:

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Qamışlı ərazisində PKK terror təşkilatına qarşı anti-terror əməliyyatı keçirib.

TurkicWorld xəbər verir ki, əməliyyat nəticəsində Suriyanın Rakka şəhərində PKK terror təşkilatının rəhbər heyəti ilə əlaqəli fəaliyyət göstərən Mehmet Sarı zərərsizləşdirilib.

Məlumat üçün qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.

Mövzuya görə xəbərlər