Bu ilin mart ayında Türkiyədə baş verən qəzaların sayı 40 mini keçib

Bu ilin mart ayında Türkiyədə baş verən qəzaların sayı 40 mini keçib

Bakı, TurkicWorld:

2023-cü ilin mart ayında Türkiyədə baş verən toplam qəza sayı 40 min 704 olub.

Bu barədə TurkicWorld Türkiyənin Baş Polis İdarəsinə istinadən məlumat verir.

İdarədən verilən məlumata görə, mart ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 34 min 454, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 6 min 250 olub.

“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 22 min 515, vəfat edənlərin sayı isə 187 nəfər təşkil edib”, - deyə idarədən bildirilib.