Türkiyədə dabaq xəstəliyi aprelin sonuna qədər yox ola bilər - Vahit Kirişçi

Türkiyədə dabaq xəstəliyi aprelin sonuna qədər yox ola bilər - Vahit Kirişçi

Bakı. TurkicWorld:

Türkiyədə dabaq xəstəliyi aprelin sonuna qədər yox ola bilər.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Vahit Kirişçi deyib.

Nazir, Türkiyədə ilk dəfə görülən heyvandarlığa xas SAT-2 serotipi və dabaq xəstəliyinə qarşı peyvəndlərin istehsal olunduğu Dabaq Müalicəsi İnstitutu Müdirliyinə baş çəkib. Nazir Kirişçi, dabaq xəstəliyinin iribuynuzlu, qoyun-keçi kimi cüt dırnaqlı heyvanlarda görülən viral bir xəstəlik olduğunu ifadə edib.

"4,5 milyon heyvana dabaq xəstəliyinə qarşı peyvənd etdik. Heç bir məhdudiyyət yoxdur. Ümid edirəm ki, aprelin sonuna kimi xəstəlik tamamilə sönəcək və Türkiyədə SAT-2 məsələsi gündəmimizdən düşəcək”, - deyə nazir bildirib.

Qeyd edək ki, dabaq xəstəliyinə Türkiyədə ilk dəfə fevral ayının 3-də yoluxma faktı qeydə alınıb. Virusun yayıldığı müəssisələrdə karantin daxil olmaqla bütün tədbirlər görülüb.

Məlumat üçün qeyd edək ki, İraqda dabaq xəstəliyinin yayılmasından sonra Avropa dabaq xəstəliyi ilə Mübarizə Komissiyasının koordinasiyası ilə Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinə virusun aşkar edilməsi üçün fərqli nümunələr göndərilib.