...

THY-nin kabin heyətinə hücum edilib

Türkiyə Digər xəbərlər 30 Mart 2023 18:02
TurkicWorld Sabir Alizade
THY-nin kabin heyətinə hücum edilib

Bakı, TurkicWorld:

Türkiyənin Türk Hava Yolları (THY) aviaşirkətinə məxsus İstanbul-Sinqapur reysi ilə uçan təyyarədə sərnişin kabin heyətinə hücum edib.

TurkicWorld-un məlumatına görə, təyyarənin pilotu Chennai hava limanı ilə əlaqə saxlayaraq vəziyyət barədə bildirdikdən sonra təyyarənin eniş edəcəyi yerə polis tələb edib.

THY-nin təyyarəsi saat 14:15-də Hindistanın Chennai hava limanına məcburi eniş edib.

Məlumata əsasən, sərxoş olduğu məlum olan ukraynalı sərnişin polislər tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbərlər

Xəbər lenti