Türkiyədə qar səbəbindən sərnişin avtobusu aşıb

Türkiyədə qar səbəbindən sərnişin avtobusu aşıb

Bakı, TurkicWorld:

Türkiyənin Yozqat və Ərzincan vilayətlərində yağan qar səbəbindən səhər saat 05:20-də sərnişin avtobusu aşıb.

TurkicWorld AzerPress-ə istinadən xəbər verir ki, qəza səbəbindən Ərzincan vilayətində 2 nəfər ölüb, 21 nəfər yaralanıb, Yozqat vilayətində isə 1 nəfər ölüb, 25 nəfər yaralanıb.

Məlumata əsasən, hadisə yerinə çox sayda təcili yardım maşınları cəlb edilib, yaralılar Refahiye Dövlət Xəstəxanası və Ərzincan Mengücek Xəstəxanasına çatdırılıb.

Türkiyə Jandarma qrupları qəza bölgəsində işlərini davam etdirir, hadisə ilə bağlı araşdırma başlanıb.