Vyana hava limanında güclü külək nəticəsində uçan avtomobil THY təyyarəsinə çırpılıb

Vyana hava limanında güclü külək nəticəsində uçan avtomobil THY təyyarəsinə çırpılıb

Bakı. TurkicWorld:

Vyana hava limanında güclü külək nəticəsində aprondan uçan avtomobil İstanbul ekspedisiyasına hazırlaşan Türk Hava Yolları (THY) təyyarəsinə çırpılıb.

TurkicWorld-un məlumatına görə, THY-nin TC-JHN qeydiyyatlı Boeing 737-8F2 tipli təyyarəsi yerli vaxtla saat 11.40-da İstanbula planlaşdırılan uçuşdan əvvəl Vyana Hava Limanında son hazırlıqlarını tamamlayıb. Həmin vaxt güclü külək səbəbiylə apronda olan bir avtomobil THY-nin təyyarəsinə çırpılıb. Qəzadan sonra edilən nəzarətlər zamanı təyyarəyə cüzi ziyan dəyib.

Qeyd edək ki, THY-nin təyyarəsi uçuşdan çıxarılıb. Sərnişinlər THY-nin ayırdığı başqa təyyarə ilə İstanbula göndəriləcək.