Bayrağımıza və Müqəddəs kitabımıza hücum barbar, alçaq və iyrənc davranış nümunəsidir - Hulusi Akar

Bayrağımıza və Müqəddəs kitabımıza hücum barbar, alçaq və iyrənc davranış nümunəsidir - Hulusi Akar

Bakı. TurkicWorld:

Bayrağımıza və Müqəddəs kitabımıza hücum barbar, alçaq və iyrənc davranış nümunəsidir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlaması zamanı deyib.

"Danimarkada Quran və Türk bayrağına hücum insanlıq adına son dərəcə utancverici bir hərəkətdir. Biz bunu qətiyyətlə pisləyirik. "Demokratiya” adı altında belə hərəkətlərə yol vermək böyük səhvdir. Onlara məhəl qoymamaq və icazə vermək insanlığa qarşı cinayətlərə ortaq olmaq deməkdir. Bir daha xatırlatmaq istəyirəm ki, bizim NATO müttəfiqimiz olmağa namizəd olan və ya namizəd olanlar bu məsələlərə daha həssas yanaşmalı, bu əməli törədənlərə qarşı təcili tədbirlər görməlidirlər",- deyə nazir bildirib.

Qeyd edək ki, martın 24-də, günorta saatlarında Danimarkada Qurani-Kərimə və Türk bayrağına qarşı hücum olub.