...

Balıkesir Universiteti Texnologiya Transfer Ofisi tərəfindən məlumat konfransı keçirilib

Türkiyə Digər xəbərlər 24 Mart 2023 16:52
TurkicWorld Daspina Hasanova
Balıkesir Universiteti Texnologiya Transfer Ofisi tərəfindən məlumat konfransı keçirilib

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Türkiyənin Balıkesir Universiteti Texnologiya Transfer Ofisi (TTO) tərəfindən Dumlupınar Teknokent baş direktoru və Kütahya Dumlupınar Universiteti Texnologiya Transfer Ofisi İdarə Heyətinin üzvü Prof. Dr. Ersan Özün məruzəçi qismində iştirakı ilə məlumat konfransı keçirilib.

TTO İdarə Heyətinin üzvləri üçün keçirilən tədbirdə TTO-nun prezidenti və prorektoru Prof. Dr. Fatih Satıl, TTO koordinatoru Prof. Dr. Şükrü Metin Pancarcı və Koordinator Köməkçisi Dos. Dr. Esra Tokay və İdarə Heyətinin üzvləri iştirak ediblər.

Tədbirdə Texnologiya Transfer Ofisi haqqında məlumat verən Prof. Dr. Ersan Öz öz təcrübələrini iştirakçılarla bölüşüb. Tədbirdə TTO-nun prezidenti Prof. Dr. Prof. Fatih Satıl tərəfindən Prof. Dr. Ersan Özə təşəkkürnamənin təqdim edilməsi ilə başa çatıb.

Məqalədə:
Xəbərlər

Xəbər lenti