Türkiyə İnvestisiya Fondu yaradılacaq - Ərdoğan

Türkiyə İnvestisiya Fondu yaradılacaq - Ərdoğan

Bakı, TurkicWorld:

Ankarada keçirilən Türkiyə Dövlətləri Təşkilatının Fövqəladə Zirvə toplantısı zamanı çıxış edən Türkiyə Prezedenti Rəcəb Tayyip Ərdoğan bu gün imzalanacaq müqavilə ilə Türkiyə İnvestisiya Fondunun yaradılacağını açıqlayıb.

TurkicWorld-un məlumatına görə, Zirvə toplantısı zamanı çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bu fondun investisiyaları dəstəkləyəcəyini, şirkətlərin maliyyələşməsinə çıxışı asanlaşdıracağını deyib.

"Sammitin təşkilinə təşəbbüs edən İlham Əliyevə öz adımdan və millətim adından təşəkkür edirəm. Millətimiz dəstəyinizi unutmayacaq'', - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilir. Bu tədbirin Ankarada keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Belə ki, daha əvvəl Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.