Balıkəsir Universitetinin akademiklərinin araşdırması beynəlxalq jurnal reytinqlərinin ən yaxşı dilimində yer alan "Energies" jurnalında dərc olunub

Balıkəsir Universitetinin akademiklərinin araşdırması beynəlxalq jurnal reytinqlərinin ən yaxşı dilimində yer alan "Energies" jurnalında dərc olunub

TurkicWorld-un rəsmi media sponsoru olduğu Türkiyənin Balıkəsir Universitetinin (BAÜN) akademikləri İŞBİR Elektrik A.Ş. tərəfindən dəstəklənən akademik araşdırma, dünya üzrə beynəlxalq jurnal reytinqlərinin ən yaxşı dilimi olan Q1 miqyasında yer alan "Energies" jurnalında dərc olunub.

Balıkesir Universitetinin müəllimi Oktay Karakaya (Bigadiç Peşə Məktəbi) və Prof. Dr. Murat Erhan Balcı (Elektrik və Elektronika Mühəndisliyi fakultəsi) və Prof. Dr. Mehmet Hakan Hocaoğlunun (İstanbul Ticarət Universiteti, Elektrik və Elektronika Mühəndisliyi Fakültəsi) “Minimization of Voltage Harmonic Distortion of Synchronous Generators under Non-Linear Loading via Modulated Field Current” adlı araşdırma, Feature Paper (Müvafiq sahədə gələcəyi formalaşdıracaq yüksək innovativ məqalə) olaraq “Energies” jurnalının 2023-cü il fevral sayında dərc edilmişdir.

Məqaləni buradan oxuya bilərsiniz: https://www.mdpi.com/1996-1073/16/4/1789