Türk lirəsi ucuzlaşıb

Türk lirəsi ucuzlaşıb

Bakı. TurkicWorld:

Azərbaycan Mərkəzi Bankı 9 mart tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan TurkicWorld-a verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.7938 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.0897 manat, 1 Rusiya rublu 0.0223 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.6565 manatdır.