BAKI, TurkicWorld
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanda istehlak inflyasiyasının səviyyəsinin 5,7% təşkil edəcəyini proqnozlaşdırır .
TurkicWorld bu barədə "Fitch"ə istinadən məlumat verir.
Agentliyin analitiklərinin qiymətləndirməsinə görə, 2026-cı ildə inflyasiya 4,6%-ə, 2027-ci ildə isə 4%-ə enəcək.
"Fitch"in hesabatında qeyd olunur ki, 2025-ci ilin yanvar–noyabr ayları üzrə orta inflyasiya səviyyəsi 5,7% olub və aprel–may aylarında 6,4% pik həddinə çatıb ki, bu da rəsmi hədəf diapazonu daxilindədir. Dekabr ayında Azərbaycan Mərkəzi Bankı inflyasiya üzrə yuxarı risklərin azalmasına əsaslanaraq, əsas uçot dərəcəsini 25 baza bəndi azaldaraq 6,75%-ə endirib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Mərkəzi Bankı cari illik inflyasiyanın gözlənilən trayektoriyaya uyğun gəldiyini və müəyyən edilmiş hədəf diapazonu daxilində qaldığını bəyan edib.
2025-ci ilin oktyabr ayında 12 aylıq inflyasiya 5,9% təşkil edib. Ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə illik qiymət artımı 8,2%, ödənişli xidmətlər üzrə 5,6%, qeyri-ərzaq məhsulları üzrə isə 2,5% olub. İllik baza inflyasiyası 5% təşkil edib.







