Son dəqiqə

Türkiyə Mahmut Özer zəlzələ

Zəlzələdə valideyinlərini itirən şagirdlərə təqaüd veriləcək – Türkiyənin Təhsil naziri

Bakı, TurkicWorld:

2022-2023-cü tədris ilinin sonuna qədər Türkiyədə zəlzələ zamanı valideynləri və ya qəyyumları vəfat edən şagirdlərə təqaüd veriləcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Milli Təhsil naziri Mahmud Özər bildirib.

‘’Milli Təhsil Nazirliyinə tabe olan təlim-tədris müəssiələri tərəfindən veriləcək yemək, yataqxana, təmizlik və digər xidmətlər pulsuz həyata keçiriləcək’’,-deyə nazir qeyd edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 45 min 89 nəfərə çatıb.

Twitter:@sabirelizade14